Qaradağda ağır qəza: Ana və oğlu xəsarət aldılar | DEFAKTO.AZ Qaradağda ağır qəza: Ana və oğlu xəsarət aldılar – DEFAKTO.AZ

Qaradağda ağır qəza: Ana və oğlu xəsarət aldılar

17


Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, ana və oğlu xəsarət alıblar.

“DEFAKTO.az”un məlumatına görə, Ələt magistral yolunun Qaradağ rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1991-ci il təvəllüdlü Nabat Hafiz qızı Paşayeva və onun övladı 2010-cu il təvəllüdlü Yusif Elvin oğlu Paşayev xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ananın vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.