Bayden Rusiyaya xəbərdarlıq etdi: “Müdaxilə edən əvəzini ödəyəcək” | DEFAKTO.AZ Bayden Rusiyaya xəbərdarlıq etdi: “Müdaxilə edən əvəzini ödəyəcək” – DEFAKTO.AZ

Bayden Rusiyaya xəbərdarlıq etdi: “Müdaxilə edən əvəzini ödəyəcək”

356

ABŞ-ın keçmiş vitse-prezidenti və hazırkı prezidentliyə namizəd Co Bayden Rusiya və ya başqa xarici dövlətin seçkilərə müdaxiləsinə göz yummayacağını bildirib.
Bu barədə “Medium” nəşri yazıb.
O qeyd edib ki, seçkilərdə qələbə qazanacağı halda, müdaxiləni düşmənçilik xarakterli fəaliyyət kimi qəbul edəcək.
“Prezidentlik müddəti başa çatana qədər administrasiyam hər şeyi edəcək ki, buna yol verən dövlət öz fəaliyyətinin əvəzini ödəsin. Bu əvəz maliyyə sektoruna qarşı sanksiyalar, aktivlərin dondurulması, kiberməkanda cavab və korrupsiyanın üstünün açılması ola bilər”, – deyə C.Bayden bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir