20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən UAZ markalı xidməti avtomobil qəzaya uğrayıb.
Bu barədə Axar.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin Qərargah rəisi polkovnik Şahin İbrahim oğlu Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Dünya
DSX hərbçiləri qəzaya düşdü, qərargah rəisi öldü – Təcili
By DEFAKTOİyl 20, 2020, 15:08 axşam
369