Təl-Əvivdə etiraz aksiyası başa çatdı: 10 polis yaralanıb – VİDEO | DEFAKTO.AZ Təl-Əvivdə etiraz aksiyası başa çatdı: 10 polis yaralanıb – VİDEO – DEFAKTO.AZ

Təl-Əvivdə etiraz aksiyası başa çatdı: 10 polis yaralanıb – VİDEO

43


İsrailin Təl-Əviv şəhərində etiraz aksiyası başa çatıb.

Nəticədə 18 nəfər həbs edilib, 10 polis əməkdaşı yaralanıb.

Bu barədə polisdən açıqlama verilib.

Həbslər polis əməkdaşlarına hücum və ya nümayişlər zamanı asayişin pozulması ilə əlaqədar aparılıb.

Həmçinin qeyd olunub ki, İsrailin cənub bölgəsindəki Haserim kibusunda (İsraildə kənd təsərrüfatı ilə məşğul olan kiçik yaşayış məntəqələri – red.) keçirilən etiraz aksiyaları zamanı şəhərin təhlükəsizlik xidmətinin rəhbəri tapançadan havaya atəş açarkən atışma baş verib. Polis asayişi bərpa edib, 7 nəfər dindirilmək üçün saxlanılıb.

Qeyd edək ki, Təl-Əvivdə İsrail məhkəmə islahatlarına qarşı çıxan yüzlərlə nümayişçi şəhərin şərqindəki Ayalon magistral yolunu bağlayıb.

Xatırladaq ki, martın 27-də İsrail Baş naziri Benyamin Netanyahu məhkəmə-hüquq islahatları haqqında qanun layihəsinin ikinci və üçüncü oxunuşunu parlamentin yayda keçiriləcək növbəti iclasına qədər təxirə salacağını bəyan edib.

Aprelin sonunda isə məhkəmə islahatlarına qarşı etirazlar bütün İsraili bürüyüb. Parlamentin yay sessiyasının açılışı ərəfəsində ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirilib. İnsanlar Netanyahunun siyasəti və məhkəmə islahatları ilə bağlı narazılıqlarını bildiriblər.

Mənbə: “The Times of Israel”