“Neftçi” Moskva “Spartak”ı ilə üz-üzə – AFİŞA | DEFAKTO.AZ “Neftçi” Moskva “Spartak”ı ilə üz-üzə – AFİŞA – DEFAKTO.AZ

“Neftçi” Moskva “Spartak”ı ilə üz-üzə – AFİŞA

29


Yeni mövsümə hazırlıqlarını Rusiyada davam etdirən “Neftçi” bu gün sonuncu yoldaşlıq oyununa çıxacaq.

DEFAKTO.az xəbər verir ki, Adrian Mutunun rəhbərlik etdiyi kollektiv Moskvada “Spartak”la qarşılaşacaq.

Görüş saat 21:00-da start götürəcək.

“Neftçi” bundan əvvəl Sankt-Peterburqda təşkil olunan “Match TV” turnirində iştirak edib. “Ağ-qaralar” burada yerli “Zenit”ə (1:3), Serbiya “Srvena Zvezda”sına (0:4) və Türkiyə təmsilçisi “Fənərbağça”ya (0:1) məğlub olub.

Yoldaşlıq görüşü

18 iyul

21:00. “Spartak” (Moskva, Rusiya) – “Neftçi” (Azərbaycan)