Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur – AFİŞA | DEFAKTO.AZ Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur – AFİŞA – DEFAKTO.AZ

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi məlum olur – AFİŞA

18


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

DEFAKTO.az xəbər verir ki, ilk olaraq səkkiz qarşılaşma baş tutacaq.

“Qarabağ”ın II raunddakı potensial rəqibləri Polşanın “Rakuv” klubu ilə Estoniya “Flora”sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar – 1:0.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunları

18 iyul

19:00. “Struqa” (Şimali Makedoniya) – “Jalgiris” (Litva)

İlk oyun – 0:0

21:00. “Flora” (Estoniya) – “Rakuv” (Polşa)

İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Hamrun” (Malta)

İlk oyun – 4:0

21:00. “Şerif” (Moldova) – “Farul” (Rumıniya)

İlk oyun – 0:1

22:00. BATE (Belarus) – “Partizani” (Albaniya)

İlk oyun – 1:1

22:00. TNS (Uels) – “Haken” (İsveç)

İlk oyun – 1:3

22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Urartu” (Ermənistan)

İlk oyun – 1:0

23:15. “Breydablik” (İslandiya) – “Şemrok Rovers” (İrlandiya)

İlk oyun – 1:0

Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək. “Qarabağ” səfərdə minimal hesabla (1:2) məğlub etdiyi Cəbəllüttariqin “Linkoln” klubunu qəbul edəcək.