Bakıda iki avtomobil toqquşub.
“DEFAKTO.az” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində 2007-ci il təvəllüdlü Namik Zamik oğlu Tarverdiyev xəsarəat alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Həkim müayinəsindən sonra yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.