Misirin kurortlarında naməlum xəstəlik epidemiyası yayılıb.
Bu barədə Misir Səhiyyə Nazirliyi xəbər verib.
Məlumata görə, yoluxma halları Qahirədən 600 kilometr cənubda yerləşən Qena əyalətində qeydə alınıb.
Mütəxəssislər xəstələrdən və ətraf mühit obyektlərindən nümunələr götürmək, həmçinin vəziyyəti aydınlaşdırmaq üçün hadisə yerinə yollanıblar.
Xəstələrdə yüksək bədən istiliyi, ağrılar, baş ağrıları və şiddətli yorğunluq var, ağır formada qanaxma, qusma və təzyiqin düşməsi ilə özünü göstərir.
Hazırda 200-ə yaxın yoluxmuş şəxs məlumdur.
Mənbə: Radio1