Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – VİDEO | DEFAKTO.AZ Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – VİDEO – DEFAKTO.AZ

Gəncədə türbə yağış və kanalizasiya sularının ortasında qaldı – VİDEO

30


Gəncədəki Comərd Qəssab türbəsi günlərdir ki, yağış və kanalizasiya sularının ortasında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, abidənin içərisində də qalın palçıq təbəqəsi yaranıb.

Gəncə şəhər Sukanal İdarəsindən bildirilib ki, mövcud vəziyyətə səbəb həmin ərazidə yağış suları üçün drenaj sisteminin olmamasıdır. 

Məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən də münasibət bildirilib. Qurumun rəsmisi Fariz Hüseynli deyib ki, türbənin ətrafına yağış nəticəsində yığılan suyun təmizlənməsi və nəticələrinin aradan qaldırılması, eləcə də abidənin mühafizəsi istiqamətində əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, VII əsrdə Gəncə şəhərində yaşamış və xalqın rəğbətini qazanmış Comərd Qəssabın məzarüstü türbəsi 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən xüsusi layihə əsasında bərpa olunub və dövlət tərəfinfən qorunan abidələr siyahısına daxil edilib.

Daha ətraflı süjetdə: