Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib | DEFAKTO.AZ Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib – DEFAKTO.AZ

Paşinyanın həyat yoldaşı Azərbaycan analarına çağırış edib

288

Nikol Paşinyanın həyat yoldaşı, Anna Akopyan öz rəsmi insatagram hesabında ingilis, rus və erməni dilində Azərbaycan qadınları və analarına öz Instagram səhifəsi vasitəsilə müraciət edərək hərbi əməliyyatları dayandırmağa çalışıb.  
“Dünəndən bəri Erməni-Azərbaycan sərhədində vəziyyət gərginləşb. Rəsmi məlumata görə, Azərbaycan tərəfdən bir neçə saat ərzində dörd əsgər həlak olub. “Qadınlar sülh uğrunda” təşkilatının  müəllifi kimi Azərbaycan qadınları və analarını öz ölkələrinin hərbi -siyasi hakimiyyətinə müraciət edərək hərbi  hərəkətləri dayandırmağa, Erməni və Azərbaycan xalqının oğullarının həyatını təhlükə altına salmamağa  çağırmalarına çağırıram., – deyə Akopyan bildirib.  O, qeyd edib ki, xüsusilə  bütün dünyanı diz üstünə qoymuş pandemiya  günlərində,  bütün dövlətlərin  rəhbərləri öz gücünü xalqlarının sağlamlığının müdafiəsinə yönəltməlidir.  “BMT baş katibinin Ümumdünya barışıq elan etmək barədə çağırışına riayət etmək dövlət başçılarının öz ölkə və xalqları üçün edə biləcəyi ən yaxşı çağırışdır”,  –  deyə Ermənistanın birinci xanımı əlavə edib.  Amma bu zaman xanım Akopyan atəşkəsin birinci erməni silahlı qüvvələri tərəfindən  pozulduğunu qeyd etməyi təəssüf ki, unudub. BMT rəhbərinin çağırışlarını bayraq eləməyə çağıran birinci ledi, BMT-nin Dağlıq Qarabağın Azərbaycanın  tərkib hissəsi hesab edilməsi və Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə  qətnamələrini də xatırlatmağı məqsədəuyğun saymayıb. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir