Sahil Babayevin adamları millətin qanın sorur | DEFAKTO.AZ Sahil Babayevin adamları millətin qanın sorur – DEFAKTO.AZ

Sahil Babayevin adamları millətin qanın sorur

523

Balakən rayon sakini Mamedov Qüdrət Həmid oğlu redaksiyamıza müraciət edərək bildirir ki, özünü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dostu kimi təqdim edən Abbasov Elburus Hüseyn oğlu tərəfindən dələduzluğa məruz qalıb.

Qüdrət Mamedov 17 sentyabr 2022-ci il tarixində “Hüseyn Kəndli Fermer Təsərrüfatı” MMC ilə “birgə fəaliyyətə dair müqavilə” imzalayıb. Belə ki, Qüdrət Mamedov sözügedən MMC-nin rəhbəri Elburus Abbasova məxsus 100 ha torpaq sahəsini 97 min manat müqabilində 1 illik icarəyə götürüb. O daha sonra həmin torpaq sahəsində qarğıdalı əkmək məqsədilə 78 min manat məbləğində pulu qış gübrəsi (amafoz) alınması, texniki xərclər, torpağın əkinə hazırlanması, və s. üçün xərcləyib:
“Elburus Abbasov mənimlə tez-tez görüşdü. Bir neçə dəfə onunla razılaşmaq istəmədim. Mənə nazir dostlarının olduğunu, bu işə köməklik edəcəklərini dedi. Bundan sonra onunla müqavilə imzalamaq qərarına gəldim.”

Lakin şikayətçi deyir ki, “Hüseyn Kəndli Fermer Təsərrüfatı” MMC-nin sahibi Elburus Abbasov və sözügedən MMC-nin əməkdaşları tərəfindən səpinin aparılmasına imkan verilmir. Qüdrət Mamedov bildirir ki, buna səbəb kimi Elburus Abbasovun başqa bir pambıq zavodu ilə ötən ilin dekabr ayında müqavilə bağlamasıdır.

Aprelin 22-də yenidən səpin işlərinin aparılması üçün sahəyə gedən Qüdrət Mamedovun qarşısını sözügedən MMC-nin rəhbəri Elburus Abbasov və onun əməkdaşları kəsib. Bu dəfə isə Elburus Abbasov müqavilə şərtlərinin pozulmasına səbəb kimi “2 ayda 3 nazirin dəyişməsi”ni göstərib.

Qüdrət Mamedov probleminin həlli üçün ölkə başçısından kömək istəyir. Deyir ki, 175 min manat pulu dələduzluqla mənimsənilib:
“Mən istədim ki, iş görəm, dövlətə faydam dəysin, mən də qazanım, burada işləyənlər də, dövlət də. Bu gün çıxılmaz vəziyyətdəyəm. Borc-xərc götürüb iş qurmaq istədim, daha da ziyana düşdüm. Ölkə başçısı tez-tez çıxışlarında fermerlərə dövlətin dəstəyindən danışır. Mən də bu dəstəkdən istəyirəm ki, aidiyyatı dövlət qurumları bu işdə mənə kömək eləsin.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir