Pandemiyanın atmosferə İNANILMAZ TƏSİRİ | DEFAKTO.AZ Pandemiyanın atmosferə İNANILMAZ TƏSİRİ – DEFAKTO.AZ

Pandemiyanın atmosferə İNANILMAZ TƏSİRİ

271

Koronavirus pandemiyası zamanı havadakı zərərli maddələrin konsentrasiyası ötən illə müqayisədə 16% azalıb.

Bu barədə Rusiyanın Ekologiya İnstitutunun və Ali İqtisadiyyat Məktəbinin Dövlət və Bələdiyyə İdarəetmə İnstitutunun hesablamaları məlumat yayıb.

Mütəxəssislər bildirib ki, bu ilin yanvar-may aylarında meqapolislərdə azot dioksid konsentrasiyasının 2019-cu illə müqayisədə 19,5% aşağıdır. Ultra dağılmış hissəciklərin konsentrasiyası təxminən 14,5% azdır.

Koronavirus pandemiyası zərərli maddələrin azalmasına səbəb olub. Əksər ölkələrdə bu tullantıların azaldılması məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsindən sonra fevral ayının sonu və martın əvvəlində müşahidə olunmağa başlayıb. Ölkədə məhdudiyyətlər nə qədər ciddi qəbul edilərsə, gündəlik çirklənmə də o qədər azalıb. Xüsusilə əhalinin hərəkətinə məhdudiyyətlər qoyulması təsir göstərib, çünki nəqliyyatdan havanın çirklənməsi təxminən 20-50% təşkil edir. Bununla yanaşı, mütəxəssislərin fikrincə, tullantıların azalması qısamüddətli olacaq və tezliklə orta səviyyəyə qayıdacaq. Beləliklə, Çində gündəlik havanın çirklənməsi göstəriciləri 2020-ci ilin əvvəlindəki göstəricilərə çatıb.

Xatırladaq ki, hazırda dünyada 12,2 milyon təsdiq edilmiş koronavirus hadisəsi qeydə alınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir