Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələ ilə bağlı məlumat yayıb | DEFAKTO.AZ Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələ ilə bağlı məlumat yayıb – DEFAKTO.AZ

Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələ ilə bağlı məlumat yayıb

48

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələ ilə bağlı məlumat yayıb.

Mərkəzdən DEFAKTO.az-a verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:17-də Qaziantep, Adana, Diyarbəkir və ətraf şəhərlərdə güclü dağıntılarla və insan tələfatı ilə müşahidə olunan, maqnitudası Mw=7.8 olan zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 7,8 bal, dərinliyi 10 km olub.