Azərbaycan şahmatçısı “Airthings Masters”in I divizionunda mübarizəyə başlayır | DEFAKTO.AZ Azərbaycan şahmatçısı “Airthings Masters”in I divizionunda mübarizəyə başlayır – DEFAKTO.AZ

Azərbaycan şahmatçısı “Airthings Masters”in I divizionunda mübarizəyə başlayır

22

Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin I divizionunda mübarizəyə başlayacaq.

“DEFAKTO.az”un məlumatına görə, 35 yaşlı qrosmeyster 1/4 finalda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti raundda Qukeş Dommaraku (Hindistan) – Hikaru Nakamura (ABŞ) duelinin güclüsü ilə qarşılaşacaq.

1/4 finalda həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana ilə, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.

Qeyd edək ki, “Airthings Masters” fevralın 10-da başa çatacaq.