Beynəlxalq Böhran Qrupu son hesabatında Cənubi Qafqazda yeni əməliyyatların başlayacağı ilə bağlı anons verib. Qeyd edilib ki, sülh danışıqlarının yubanmasından usanan Bakı cəbhə boyu irəliləyəcək və hər iki tərəfdən böyük insan itkisiylə nəticələnən müharibə təhlükəsi var.ƏtraflıAd – 00:17
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Defakto.az Moderator.az saytına istinadən xəbər verir ki, açıqlamasında bidlirib ki, Beynəlxalq Böhran Qrupunun hesabatında öz əksini tapan bu cür proqnozlar haqqında birmənalı fikir söyləmək çətindir: “Lakin bununla bərabər, Ermənistanın mövqeyi kifayət qədər riskli situasiya yaradır. Çünki bu ölkənin hərbi – siyasi rəhbərliyi konkret mövqeyə malik deyil. Fransa və İran tərəfindən qidalandırılan və həvəsləndirilən Ermənistan Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh müqaviləsinin bağlanmasına sözdə tərəfdar olsa da, əməldə bunun əksini nümayiş etdirir. Digər tərəfdən, Ermənistanın Rusiya ilə münasibətlərində getdikcə qarşıdurma açıq və barışmaz müstəviyə keçir. Müşahidələr də göstərir ki, Kreml buna görə Ermənistana çox qərəzlidir. Hətta, bu qəzəb ermənilərə böyük sevgi bəsləyən Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən də etiraf olunur”.
“Ola bilsin, elə bir situasiya yaransın ki, Ermənistanda Rusiyaya bağlı, yəni, Rusiyanın agentura şəbəkəsində yer alan erməni hərbçiləri Azərbaycana qarşı ciddi təxribat törədə bilərlər. Burada Rusiyanın Paşinyanı ciddi şəkildə cəzalandırmaq niyyəti ola bilər. Əgər, Ermənistan həqiqətən də Azərbaycana qarşı yenidən təxribat törədərsə və bu təxribat ciddi mahiyyət daşıyarsa şübhəsiz ki, Azərbaycan ordusu bu zaman adekvat addımlar atacaq və bu dəfə Azərbaycann atdığı addmlar Ermənistan üçün çox amansız olacaq, onun dövlətçiliyinə olduqca ağır və sarısıdıcı zərbə vuracaq”-deyə, millət vəkili vurğulayıb.
Partiya sədri əlavə edib ki, indiki vəziyyətdə Azərbaycan Ermənistanla qarşıdurma yaşamaqda maraqlı görünmür: “Azərbaycanın hazırda ən çox diqqət yetirdiyi məsələ Qarabağda yerləşən qeyri-qanuni silahlı birləşmələrin ərazidən çıxarılması, beynəlxalq səviyyəli fırıldaqçı Ruben Vardanyanın təsir dairəsinin sıfırlanması və bütövlükdə Xankəndi və onun ətrafındakı torpaqlarda suverenliyimizin təmin edilməsidir. Hazırda bütün diqqət bu istiqamətə yönəlib”.
“Burada isə genişmiqyaslı müharibə deyil, qeyri-qanuni silahlı birləşmələrin tərki-silah olunması üçün bir neçə saatlıq və ya bir neçə günlük anti – terror əməliyatı aparıla bilər. Bu anti-terror əməliyyatına isə Ermənistanın hər hansı bir şəkildə qarışması mümkün deyil. Bütün bu amilləri nəzərə alaraq deyə bilərəm ki, Beynəlxalq Böhran Qrupunun gəldiyi nəticə kifayət qədər mübahisəlidir”.