Cəbrayıl rayonunun Mahmudlu kəndi Karxulu kənd inzibati ərazi dairəsində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də Mahmudlu kəndini işğaldan edib.
DEFAKTO.az işğal dövründə erməni vandalizminə məruz qalmış Mahmudlu kəndinin görüntülərini təqdim edir.