Bu gün Milli.az 13 yaşını qeyd edir | DEFAKTO.AZ Bu gün Milli.az 13 yaşını qeyd edir – DEFAKTO.AZ

Bu gün Milli.az 13 yaşını qeyd edir

46

Bu gün Milli.az internet portalının 13 yaşı tamam olur.

Qısa müddət ərzində Milli.az Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində Milli.az böyüyüb, daha funksional olub, böyük auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir. Milli.az kollektivi istifadəçilərinə ən son dünya tendensiyalarına uyğun tamamilə yeni layihə təqdim edib.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.az internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.az internet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsidir.

Ötən 13 il ərzində Milli.az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Saytın məqsədi baş verən hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Bu gün Milli.az internet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

DEFAKTO.az-ın kollektivi Milli.az internet portalındakı həmkarlarını təbrik edir, böyük uğurlar arzulayır!