Azərbaycan XİN-dən İrana səyahət etmək istəyənlərə XƏBƏRDARLIQ | DEFAKTO.AZ Azərbaycan XİN-dən İrana səyahət etmək istəyənlərə XƏBƏRDARLIQ – DEFAKTO.AZ

Azərbaycan XİN-dən İrana səyahət etmək istəyənlərə XƏBƏRDARLIQ

109

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin yaydığı xəbərdarlıq mətnində deyilir:

“Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.

İrandakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda İranda olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.

İrandakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Ünvan: Təbriz, Vəliəsr, Arif küçəsi 9

Telefon: (+98413) 333 48 03

Faks: (+98413) 331 53 80

Elektron poçt: [email protected]

Veb-sayt: tabriz.mfa.gov.az”.