Gömrük Komitəsi “Araz Supermarket”ə inzibati protokol yazdı | DEFAKTO.AZ Gömrük Komitəsi “Araz Supermarket”ə inzibati protokol yazdı – DEFAKTO.AZ

Gömrük Komitəsi “Araz Supermarket”ə inzibati protokol yazdı

412

Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir