Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi | DEFAKTO.AZ Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi – DEFAKTO.AZ

Ana Vətən Partiyasının Qadınlar Şurası Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi

123

30 ildir həsrətində olduğumuz işğalçı Ermınistanın zəbt etdiyi torpaqlarımızı barbarlıqdan, vandallıqdan, vəhşilikdən azad etdik. Torpaqlarımız öz sahibinə qovuşdu, bölünməz Azərbaycana. Tək amalımız olan Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Bütövlüyümüzün təminatçısı Ölkə Prezidenti, Ali Baş Komandanımız Cənab İlham Əliyevin siyasi iradəsi, peşəkar diplomatik səriştəsi, qəhrəman zabit və əsgərlərimizin şücaəti, xalqın Prezidentə güvəni bu gün bizə bu zəfəri qazandırdı. Olduqca böyük fəxarət və qürur hissi yaşayan Azərbaycanın başı dik, qaməti əyilməzdir!
Ana Vətən Partiyası Qadınlar Şurasının İdarə Heyyətinin üzvləri 03 Dekabr 2020 – ci ildə Milli dövlətçiliyimizin memarı kimi and yerimizə çevrilmiş Ulu Öndər Heydər Əliyevin məzarını və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızın uyuduğu Şəhidlər Xiyabanını ziyarət etdilər.
Müasir qüddrətli Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusu Ulu Öndərimizə,ərazi bütövlüyümüz uğrunda şəhid olan bütün soydaşlarımıza Ulu Tanrıdan rəhmət, yaralı zabit və əsgərlərimizə şəfa diləyirik.

Ana Vətən Partiyasının Mətbuat Xidməti

04 Dekabr 2020 – ci il.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir