Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin kimyəvi elementlərin dövri sistemini yaratmış görkəmli elm adamı Dmitri Mendeleyevi XIX əsrdə Rusiya kəşfiyyatının ən yaxşı agentlərindən biri adlandırıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Narışkinin sözlərinə görə, Mendeleyev Rusiyada piroksilin əsasında tüstüsüz barıtın təhlükəsiz istehsalını təşkil etmək üçün lazımi məlumatları əldə edib.
O, həmçinin İmperator Rus Tarixi Cəmiyyətinin birinci sədri Pyotr Vyazemskinin, coğrafiyaçı və tədqiqatçı Nikolay Prjevalskinin, yazıçı və diplomat Aleksandr Qriboyedovun da kəşfiyyat fəaliyyətində olduqlarını əlavə edib.
“Onların hamısı – bəzisi çox, bəzisi az dərəcədə – kəşfiyyat fəaliyyəti ilə məşğul olublar”, – deyə Narışkin vurğulayıb.