Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO | DEFAKTO.AZ Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO – DEFAKTO.AZ

Azərbaycanda daha 46 nəfər COVID-19-a yoluxub, iki nəfər vəfat edib – FOTO

26

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 189 nəfər müalicə olunaraq sağalıb, 9 983 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

Ölkədə son sutka ərzində 1 566, hazırkı dövrədək isə 7 378 848 test aparılıb.