İtaliya diplomatik nümayəndəliyinin avtomobili Afinada yandırıldı – FOTO | DEFAKTO.AZ İtaliya diplomatik nümayəndəliyinin avtomobili Afinada yandırıldı – FOTO – DEFAKTO.AZ

İtaliya diplomatik nümayəndəliyinin avtomobili Afinada yandırıldı – FOTO

23

Naməlum şəxslər İtaliyanın diplomatik nümayəndəliyinin Yunanıstanın Afina şəhərindəki avtomobilini yandırıblar.

İtaliya səfirliyi Papaqu rayonunda, yaşayış binasının dayanacağında saxlanılmış avtomobilin italiyalı diplomata məxsus olduğunu bildirib.

Avtomobil tamamilə yanıb, yaxınlıqdakı daha bir avtomobilə ziyan dəyib. Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə altı yanğınsöndürən maşında 18 yanğınsöndürən gəlib. Polis yanmış maşının yanında yandırıcı maye şüşələri və kibrit tapıb.

İtaliya Xarici İşlər Nazirliyi (XİN) bu hadisəni pisləyib. Öz növbəsində Yunanıstan XİN də avtomobilin yandırılmasını pisləyib və bu hadisənin ölkələr arasında münasibətlərə təsir etməyəcəyini qeyd edib.

Mənbə: newsbomb.gr