Təyyarə istehsal edən şirkət Rusiyadan ayrılmaq üçün Yaponiyaya üz tutub | DEFAKTO.AZ Təyyarə istehsal edən şirkət Rusiyadan ayrılmaq üçün Yaponiyaya üz tutub – DEFAKTO.AZ

Təyyarə istehsal edən şirkət Rusiyadan ayrılmaq üçün Yaponiyaya üz tutub

23

“Airbus” təyyarə istehsalında Rusiya titanından istifadəni dayandırmağı planlaşdırır.

Bu barədə “Airbus Defence and Space” şirkətinin baş direktoru Mixael Şolhorn bildirib.

“Biz titan tədarükü məsələsində Rusiyadan ayrılmaq prosesindəyik. Bunun üçün illər yox, aylar lazım olacaq. Hazırda “Airbus” hələ də Rusiya titanının müəyyən faizini alır, lakin biz aydın şəkildə ondan müstəqil olmaq yolundayıq”, – deyə Şolhorn vurğulayıb.

Onun sözlərinə görə, “Airbus” artıq hərbi texnika istehsalında Rusiya titanının istifadəsindən imtina edib.

Məlumata görə, şirkət Rusiya titanını ABŞ və Yaponiyadan tədarüklə əvəz etməyi planlaşdırır.

Mənbə: Reuters