Azərbaycanımızı təhqir edən Fransız müəllimi işdən azad edən Qərb Universiteti həmin andan mənim üçün dünyanın ən uca Ali Təhsil ocağı oldu | DEFAKTO.AZ Azərbaycanımızı təhqir edən Fransız müəllimi işdən azad edən Qərb Universiteti həmin andan mənim üçün dünyanın ən uca Ali Təhsil ocağı oldu – DEFAKTO.AZ

Azərbaycanımızı təhqir edən Fransız müəllimi işdən azad edən Qərb Universiteti həmin andan mənim üçün dünyanın ən uca Ali Təhsil ocağı oldu

251

Bu yazımla tələbəlik illərində Fransız dilini tədris edən Fransız müəllimin Azərbaycana olan həqarətindən yazacam. 2002 – ci ildə Qərb Universitetinin Qərb dilləri fakültəsində bakalavr pilləsinin II kursunda təhsil alırdım. Fransız dilini bizim 304T qrupuna Naima (soyadı xatirimdə deyil) tədris edirdi. Olduqca aqressiv xarakterə malik olan “müəllim” Naima günlərin birində auditoriyaya daxil oldu və tullantı qabını masanın üzərinə qoyaraq, biz tələbələrə “sizin dövlətiniz, qanunlarınız, millətiniz, atributlarınız, bayrağınız bu qabda olmalıdır” dedi. Bu sözlərə dözə bilməyib ayağa qalxaraq, öz etirazımı bildirdim: “bizi təhqir etməyə haqqınız yoxdu, Sizə bu haqqı kimsə verməyib” deyərək auditoriyadan çıxmaq istədikdə arxamca oturacağı atdı. Xoşbəxtlikdən kənara çəkilmək şansım oldu və xəsarət almadım. Auditoriyadan çıxıb dekanımız, Milli Məclisin hazırki spikeri, çox dəyərli Sahibə xanım Qafarovaya yaxınlaşdım. Hər zaman öz sevgisi, diqqəti və qayğısılə tələbələrin rəğbətini qazanmış və haqq – ədalət daşıyıcısı kimi gümanım Sahibə xanıma gəldi və ona baş verən hadisəni danışdım. Sahibə xanım məsələ ilə bağlı prorektor Düriyyə Nuriyevanın məlumatlandırdı. Düriyyə xanım mənim izahatımı diqqətələ dinlədi və Naima haqqında ciddi ölçü götürüləcəyini söylədi və həmin andan millətimizə, dövlətimizə və atributlarımıza hörmətsizlik edən faşist düşüncəli Naima Universitetdən uzaqlaşdırıldı. Azərbaycanımızı təhqir edən Fransız müəllimi işdən azad edən Qərb Universiteti həmin andan mənim üçün dünyanın ən uca Ali Təhsil ocağı oldu. Şərəf lövhəsində tələbələrin şəkli hər semestrdə dəyişilirdi. Haqq tələbimi dəyərləndirən Qərb Universiteti məzun olunana qədər şəklimi Şərəf lövhəsində saxladı. Universitet tərəfindən verilən bu dəyər mənim üçün ən böyük təltif idi. Dəyərli dostlar! Yaşanan olayı qələmə alıb sizinlə bölüşməyimdə məqsəd Fransızların bizə qarşı münasibətlərinin illər öncədə neqativ və ermənipərəst olduqlarını çatdırmaqdır. Nə xoş mənə ki, zamanında Azərbaycanıma qarşı təhqir yağdıran və Azərbaycanda yeri olmayan Fransıza öz tələbə dostlarımla birgə ölkəmizə layiq olmadığını ona sübut etdik və onu ölkəmizdən qovduq. Son aylar cənab Prezident, Ali Baş Komandanın “Bizim işimiz haqq işidir” çağrışı hər birimizin andına çevrildi və qəhrəman Ordumuzla qalib gəldik, zəfər çaldıq, tariximizə möhtəşəm səhifələr yazdıq. Yaşasın Ali Baş Komandanımız! Yaşasın igid Silahlı Qüvvələrimiz! Yaşasın Azərbaycan! Günay Ağamalı, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Ana Vətən Partiyasının Qadınlar Şurası İdarə Heyyətinin sədri.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir