“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək | DEFAKTO.AZ “Tata Steel İndia”: Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək – DEFAKTO.AZ

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

12

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirəcək.

“DEFAKTO.az” xəbər verir ki, 37 yaşlı qrosmeyster IV turda ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə, V, VI turlarda müvafiq olaraq iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gələcək.

Məmmədyarov əvvəlki üç görüşündə qələbə qazanıb və hazırda üç xalla 10 şahmatçı arasında liderdir.

Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.