Şəmkir sakini qardaşını bıçaqlayıb | DEFAKTO.AZ Şəmkir sakini qardaşını bıçaqlayıb – DEFAKTO.AZ

Şəmkir sakini qardaşını bıçaqlayıb

11

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

DEFAKTO.az-ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qardaşı, 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.