Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, yaralılar var – VİDEO | DEFAKTO.AZ Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, yaralılar var – VİDEO – DEFAKTO.AZ

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, yaralılar var – VİDEO

10

Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub.

DEFAKTO.az xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində, Abşeron Gənclər Şəhərciyinin yaxınlığında baş verib.

“Mercedes”, “BMW F10”, “Nissan” və digər markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində ölən olmayıb. İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Könül Cəfərli