Rusiyada neft məhsulları saxlanılan çənlərdə güclü yanğın başlayıb | DEFAKTO.AZ Rusiyada neft məhsulları saxlanılan çənlərdə güclü yanğın başlayıb – DEFAKTO.AZ

Rusiyada neft məhsulları saxlanılan çənlərdə güclü yanğın başlayıb

19

Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib.

Bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında bildirib:

“Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”.

Yanğının söndürülməsinə 80-dən çox canlı qüvvə və 30-dan çox texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub. Həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin aviasiya qrupu da hadisə yerinə göndərilib.