Körpələri malyariyaya qarşı peyvənd edən ilk ölkə məlum oldu | DEFAKTO.AZ Körpələri malyariyaya qarşı peyvənd edən ilk ölkə məlum oldu – DEFAKTO.AZ

Körpələri malyariyaya qarşı peyvənd edən ilk ölkə məlum oldu

25

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Körpələrin Malyariyaya Qarşı Kütləvi Peyvənd Proqramına start verən ilk ölkə Malavi olub.

Bu barədə təşkilatın respublikadakı nümayəndəsi Nima Kimambo məlumat verib.

O, bildirib ki, vaksinasiya zamanı son üç il ərzində Qana, Keniya və Malavidə klinik sınaqlardan keçən peyvənd istifadə olunur.

“Test çərçivəsində bu ölkələrin hər birində 360 min uşaq peyvənd olunub. RTS.S vaksini “GlaxoSmithKline” tərəfindən hazırlanıb. Onun üzərində 30 ildir ki, iş aparılır. Peyvənd ÜST tərəfindən təsdiq edilib”, – deyə Kimambo bildirib.

Qarşıdakı aylarda Malavidə 330 mindən çox uşağın peyvənd olunacağı gözlənilir. Qeyd edək ki, 2020-ci ildə respublikanın 4 milyondan çox sakini malyariyaya yoluxub. 5 yaşa qədər 2,5 min uşaq xəstəlikdən dünyasını dəyişib. Üç Afrika ölkəsində aparılan sınaqlar göstərib ki, dərman 5-17 aylıq yaş qrupunda infeksiya riskini 30% azaldır.

Mənbə: daily.afisha.ru