Sərnişinlər Gəncə-Bakı qatarının hərəkət qrafikindən niyə narazıdırlar? – AÇIQLAMA + VİDEO | DEFAKTO.AZ Sərnişinlər Gəncə-Bakı qatarının hərəkət qrafikindən niyə narazıdırlar? – AÇIQLAMA + VİDEO – DEFAKTO.AZ

Sərnişinlər Gəncə-Bakı qatarının hərəkət qrafikindən niyə narazıdırlar? – AÇIQLAMA + VİDEO

24

Hər gün Gəncədən Bakıya və əks istiqamətdə sərnişin qatarı işləyir, ancaq qatarın hərəkət qrafiki Gəncə sakinlərini qane etmir.

Xezerxeber.az-ın məlumatına görə, hazırda qatar Bakıdan 08:45-də, Gəncədən isə 18:00-da çıxır. Bu da paytaxta gündəlik iş arxasınca gələn sərnişinlər üçün əlverişli deyil.

Sərnişinlər bildiriblər ki, qatarın hərəkət qrafiki əvvəllər belə olmayıb. Sonradan edilən dəyişiklik Gəncədən olan sərnişinlərin işini çətinə salıb.

Problemlə bağlı Gəncə sakinləri sosial şəbəkələrdə təşəbbüs qrupu da yaradıblar. Onlar imza toplayaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə qatarların hərəkət qrafikinin dəyişdirilməsi üçün müraciət ünvanlayacaqlar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin xidmət rəisi Natavan Bayramova isə qeyd edib ki, 2018-ci ildə sadəcə 1 ay ərzində Bakı-Gəncə-Bakı reysi üzrə qatar günaşırı hərəkətdə olmaqla, Bakıdan saat 09:00-da Gəncəyə yola düşüb və Gəncədən Bakıya növbəti gün saat 09:00-da qayıdıb:

“2019-cu ilin fevral ayından bugünədək isə qatar hər gün hərəkətdədir. Bundan başqa, pandemiyaya qədərki dövrdə Gəncə şəhərindən keçməklə Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı və Bakı-Böyük Kəsik-Bakı ölkədaxili sürət qatarı hərəkətdə olub. Gəncədən olan sərnişinlər də bu qatarlardan istifadə etməklə günün müxtəlif vaxtlarında Bakıya gəlib-gedə biliblər. Ancaq pandemiya ilə əlaqədar hazırda bu qatarların hərəkəti də dayandırılıb. Həmin qatarların hərəkəti bərpa olunanda gəncəlilərin də Bakıya gediş-gəlişləri rahatlaşacaq”.

Daha ətraflı süjetdə: