BƏƏ “Rəşid” kosmik aparatını Aya göndərəcək | DEFAKTO.AZ BƏƏ “Rəşid” kosmik aparatını Aya göndərəcək – DEFAKTO.AZ

BƏƏ “Rəşid” kosmik aparatını Aya göndərəcək

3

Birləşmiş Ərəb Əmirliklərinin “Rəşid” kosmik aparatı Aya noyabrın 30-da buraxılacaq.

Bu barədə cümə axşamı Məhəmməd bin Rəşid Kosmik Mərkəzindən məlumat verilib.

Ərəb ölkəsinin ilk Ay missiyası yerli vaxtla saat 12:39-da (Bakı vaxtilə eynidir – red.) start götürəcək.

Aparatın ABŞ-ın Florida ştatının Kanaveral burnunda yerləşən buraxılış meydançasından “SpaceX Falcon 9” daşıyıcısı vasitəsilə Aya göndərilməsi planlaşdırılır.

“Rəşid” Yaponiyanın “iSPACE” şirkətinin “Hakuto-R” eniş aparatından istifadə edərək Ay səthinə çatdırılacaq. Aya eniş 2023-cü ilin aprel ayının sonuna planlaşdırılıb. Eniş yeri kimi Ayın görünən tərəfinin şimal-şərq hissəsində yerləşən “Yuxular gölü” ərazisi seçilib.

Cihazın köməyi ilə alimlər Ayın geoloji quruluşunu öyrənə, kosmik mühitin müxtəlif materiallara təsirini araşdıra, həmçinin “Rəşid”də quraşdırılmış kameralardan istifadə etməklə şəkil çəkə biləcəklər.

Missiya uğurlu olarsa, BƏƏ ayın səthinə aparat endirən dördüncü ölkə (ABŞ, Rusiya və Çindən sonra) olacaq.

Mənbə: İnterfax.ru