Tayvan polisi qəbiristanlıqda ölülərə “çağırış” etdi – VİDEO | DEFAKTO.AZ Tayvan polisi qəbiristanlıqda ölülərə “çağırış” etdi – VİDEO – DEFAKTO.AZ

Tayvan polisi qəbiristanlıqda ölülərə “çağırış” etdi – VİDEO

20

Tayvanda seçkilər ərəfəsində yerli polis qəbiristanlıqda ölülərə “müraciət edərək”, onların öz övladlarını, yaxınlarını rüşvət almaq və digər qeyri-qanuni fəaliyyətlərini dayandırmaq üçün çağırış edib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda polis maşınının şəhər qəbiristanlığında yavaş-yavaş hərəkət etməsi və zabitin səsgücləndirici vasitəsilə ölənlərdən qohumlarının qanunu pozmasına mane olmalarını istəməsi əks olunub.

Polis idarəsindən verilən məlumata görə, bu polis məmurunun şəxsi təşəbbüsü olub, sonradan bu kadrları sadəcə yaxınları, dostları ilə paylaşmaq üçün çəkib. Ancaq video yayımlandıqdan sonra 296 mindən artıq baxış toplayıb.

Polis idarəsindən hadisənin ictimaiyyət üçün faydalı bir xatırlatma olacağına ümid etdiklərini bildirilib.

Qeyd edək ki, Tayvanda seçkilərin özü noyabrın 26-da keçiriləcək.

Mənbə: Gazeta.ru