Azərbaycan gimnastları Bolqarıstanda keçirilən yarışda mükafatlar qazanıblar | DEFAKTO.AZ Azərbaycan gimnastları Bolqarıstanda keçirilən yarışda mükafatlar qazanıblar – DEFAKTO.AZ

Azərbaycan gimnastları Bolqarıstanda keçirilən yarışda mükafatlar qazanıblar

3

Noyabrın 24-də Azərbaycan gimnastları Tofiq Əliyev və Maqsud Maxsudov 23-26 noyabr tarixlərində Sofiyada (Bolqarıstan) keçirilən batut və tamblinq gimnastikası üzrə yaş qrupları arasında Ümumdünya yarışında mükafatlar qazanıblar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

Akrobatik tamblinq gimnastikası üzrə çıxış edən Tofiq Əliyev 17-21 yaş kateqoriyasında gimnastlar arasında gümüş medal qazanıb.

Maqsud Maxsudov 15-16 yaş kateqoriyasında batut gimnastikası üzrə bürünc medal qazanıb

Qeyd edək ki, noyabrın 23-də yarış zamanı 13-14 yaş kateqoriyasında batut gimnastikası üzrə proqramında gimnastımız Əli Niftəliyev gümüş medal qazanıb, 11-12 yaş kateqoriyasında sinxron batutla tullanma proqramında isə Əmmar Baxşəliyev və Fərhad Mustafayev bürünc medal qazanıblar.