Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq | DEFAKTO.AZ Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq – DEFAKTO.AZ

Zərdabın qaz təchizatında müvəqqəti fasilə yaranacaq

3

Sabah Zərdab rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, noyabrın 25-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.