Şəmkir sakini qohumuna tüfənglə atəş açdı | DEFAKTO.AZ Şəmkir sakini qohumuna tüfənglə atəş açdı – DEFAKTO.AZ

Şəmkir sakini qohumuna tüfənglə atəş açdı

3

Şəmkirdə qohumlar arasında yaranan mübahisə zamanı, onlardan biri digərinə ov tüfəngi ilə atəş açıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan DEFAKTO.az-a verilən məlumata görə, noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü  Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.

Hadisə yerindən yayınan N.Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət