Obyekt sahiblərinin NƏZƏRİNƏ: 2 689 sahibkara xəbərdarlıq edilib | DEFAKTO.AZ Obyekt sahiblərinin NƏZƏRİNƏ: 2 689 sahibkara xəbərdarlıq edilib – DEFAKTO.AZ

Obyekt sahiblərinin NƏZƏRİNƏ: 2 689 sahibkara xəbərdarlıq edilib

13

Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulmasına, 1 329-da isə estetik görünüşə uyğun olmayan hallara rast gəlinib.

Bu barədə “DEFAKTO.az”un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2 689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.

“Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1 820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsumu və yayım haqqının hesablanması ilə bağlıdır”, – məlumatda qeyd olunub.