General-mayor: “İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb” | DEFAKTO.AZ General-mayor: “İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb” – DEFAKTO.AZ

General-mayor: “İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb”

6

“İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb”.

“DEFAKTO.az”un Laçına ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib.

“Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı qüvvələrinə aiddir. Burada 350-dən artıq mina var”, – o bildirib.

General-mayor söyləyib ki, qanunsuz erməni silahlıları Sarıbabada hətta tank əleyhinə belə minalar basdırıblar:

“Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov ərazidə olublar. Onların razılığı ilə mühəndis qoşunlarının qarşılıqlı təmizləmə işinin aparılması məqsədilə sabah da sülhməramlıların nəzarəti altında digər basdırılan minaların təmizlənməsi işləri davam etdiriləcək”.