“Vüqar Həşimov Memorialı-2022” turnirinin vaxtı dəqiqləşib | DEFAKTO.AZ “Vüqar Həşimov Memorialı-2022” turnirinin vaxtı dəqiqləşib – DEFAKTO.AZ

“Vüqar Həşimov Memorialı-2022” turnirinin vaxtı dəqiqləşib

3

“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirinin vaxtı dəqiqləşib.

“DEFAKTO.az”un məlumatına görə, bu barədə yarışın baş direktoru Anar Allahverdiyev superturnirə həsr olunmuş mətbuat konfransında açıqlama verib.

O bildirib ki, turnir bu il 17-24 dekabrda təşkil olunacaq. “Fairmont” hotelində dairəvi sistem üzrə keçiriləcək yarışın iki iştirakçısı artıq məlumdur. Bunlar Şəhriyar Məmmədyarov və rumıniyalı Riçard Rapportdur.

Allahverdiyevin sözlərinə görə, digər şahmatçıların adları və mükafat fondu yaxın vaxtlarda açıqlanacaq:

“Turnir üçün açılış və qapanış mərasimləri nəzərdə tutulub. Maraqlı tədbir planlaşdırılır. İştirakçılar arasında gənclərə üstünlük veriləcək.

Qeyd edək ki, “Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turniri SOCAR-ın baş sponsorluğu ilə təşkil olunacaq.