Azərbaycan nefti 5%-dək ucuzlaşıb | DEFAKTO.AZ Azərbaycan nefti 5%-dək ucuzlaşıb – DEFAKTO.AZ

Azərbaycan nefti 5%-dək ucuzlaşıb

25

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

DEFAKTO.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,31 ABŞ dolları və ya 4,73% azalaraq, 86,78 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.