Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb | DEFAKTO.AZ Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb – DEFAKTO.AZ

Xarici ölkələrin hərbi attaşelərinin Sarıbaba yüksəkliyinə səfəri başlayıb

3

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Laçın rayonunun Sarıbaba yüksəkliyinə səfəri başlayıb.

“DEFAKTO.az”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən yüksəkliyin şimal istiqamətində basdırılmış mina sahələrinə baş çəkəcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd “PMN-Э” tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.