İtaliyanın mənzərəli şəhərinə köçənlərə 30 min avro ödənəcək | DEFAKTO.AZ İtaliyanın mənzərəli şəhərinə köçənlərə 30 min avro ödənəcək – DEFAKTO.AZ

İtaliyanın mənzərəli şəhərinə köçənlərə 30 min avro ödənəcək

5

İtaliyanın Apuliya bölgəsində yerləşən mənzərəli Presiççe şəhərinin hakimiyyəti oraya köçmək istəyənlərə 30 min avroya qədər pul ödəyəcək.

Bu pul şəhərdə daimi yaşamaq üçün boş mənzil almaq qərarına gələnlərə veriləcək.  

Lakin pul məhz boş mənzillərin alınmasına xərclənməlidir. Bu təklif çərçivəsində satışa çıxarılan evlərin qiyməti 25 min avrodan başlayır. İtaliyada satışa çıxarılan digər ucuz daşınmaz əmlak obyektləri kimi, bu evlər də çoxdan öz ilk sahibləri tərəfindən tərk edilib. Bu səbəbdən həmçinin evlərin təmirinə də sərmayə qoyulmalıdır.

Presiççe səlahiyyətliləri ümid edirlər ki, ildən-ilə doğum sayının azaldığı və boşalmış şəhərə bu yolla yeni nəfəs verilə bilər.

Hazırda müqavilənin təfərrüatları yekunlaşdırılır, lakin hakimiyyət yaxın həftələrdə proqramı işə salmağa hazırdır.

“Bura köçmək və tərk edilmiş yaşayış evlərindən birini almaq istəyən insanlara 30 min avroya qədər pul təklif edəcəyik. Ümumi maliyyələşdirmə iki hissəyə bölünəcək: bir hissəsi köhnə evin alınmasına, digər hissəsi isə lazım gələrsə, onun təmirinə gedəcək”, – deyə şəhər meriyasından bildirilib.

Mənbə: UNİAN