Dünyada ilk: Bakılı qadın kişilərdən ibarət yığmanın kapitanı oldu – FOTO | DEFAKTO.AZ Dünyada ilk: Bakılı qadın kişilərdən ibarət yığmanın kapitanı oldu – FOTO – DEFAKTO.AZ

Dünyada ilk: Bakılı qadın kişilərdən ibarət yığmanın kapitanı oldu – FOTO

3

Qüds şahmat üzrə komandalararası dünya çempionatına ev sahibliyi edir. İlk dəfə olaraq bu çempionatda İsrail millisinə bir xanım – İlana David başçılıq edir.

O, əslən Bakıdandır və 18 yaşında olarkən İsrailə mühacirət edib.

“Dörd yaşından atam mənə şahmat oynamağı, anam isə pianoda ifa etməyi öyrətdi. Demək olar ki, bütün ömrüm boyu musiqi və şahmatla məşğul olmuşam. Repatriasiyadan 6 ay sonra qadınlar arasında İsrail çempionatının qalibi oldum və tezliklə olimpiya komandasına qəbul olundum. Dörd Şahmat Olimpiadasında iştirak etmişəm və bir neçə beynəlxalq turnirdə birinci yeri tutmuşam”, – deyə İsrail millisinin kapitanı bildirib.

İlana xanımın sözlərinə görə şahmatı kişi müəllimlərdən, oğlanların əhatəsində öyrənib. O, 2016-cı ildə qadın komandasına kapitan təyin olunub, üç il qadınlardan ibarət yığmanı arxasınca aparıb və bununla da statusunu möhkəmləndirib. Bu vəzifədə özünü yaxşı göstərdiyi üçün 2019-cu ildə kişilər komandasına kapitan təyin olunub.

İ.David onu da vurğulayıb ki, dünyada kişilərdən ibarət şahmat komandasına rəhbərlik edən yeganə qadındır.

Mənbə: Ynet.co.il