Müharibə Araşdırmaları İnstitutu: “İraq İranla sərhədə qoşun yığmağı nəzərdən keçirir” | DEFAKTO.AZ Müharibə Araşdırmaları İnstitutu: “İraq İranla sərhədə qoşun yığmağı nəzərdən keçirir” – DEFAKTO.AZ

Müharibə Araşdırmaları İnstitutu: “İraq İranla sərhədə qoşun yığmağı nəzərdən keçirir”

95

“İraq İranla sərhədə qoşun yığmağı nəzərdən keçirir”.

“DEFAKTO.az” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, İraqın mərkəzi hökuməti İranın İraq Kürdüstanındakı kürd silahlıları ilə bağlı şikayətlərini qismən həll etmək üçün Kürdüstan Regional Hökuməti (KRG) ilə məsləhətləşmələr aparır:

“İraqın Baş naziri Məhəmməd əs-Sudani bildirib ki, İraq mərkəzi hökuməti noyabrın 22-də İranın pilotsuz uçuş aparatları və İraq Kürdüstanına raket hücumlarına cavab olaraq sərhəd bölgələrinə qüvvələr yerləşdirməyi düşünür. İraq mərkəzi hökuməti və KRG rəsmiləri noyabrın 22-də İran və Türkiyənin İraq ərazisindəki hərəkətlənməsini müzakirə ediblər. İranın siyasi və təhlükəsizlik liderləri son həftələrdə İraq hakimiyyətindən İraq Kürdüstanındakı kürd yaraqlılarını tərk-silah etməyi dəfələrlə tələb ediblər”.

Məlumata görə, SEPAH komandirinin müavini, briqada generalı Əli Fədavi bildirib ki, İranda keçirilən aksiyalarda 60-a yaxın təhlükəsizlik işçisi ölüb:

“Bu, analitiklərin açıqladığı rəqəmə uyğundur. Keçmiş SEPAH Kəşfiyyat Təşkilatının rəisi Hossein Taeb Qərbi noyabrın 22-də rejimi devirmək planında ittiham edib. O, İran təhlükəsizlik strukturunda yeni yüksək vəzifə əldə etmək üçün səylərini gücləndirir”.

Həmçinin qeyd olunub ki, İran Prezidenti İbrahim Rəisi noyabrın 22-də yollar və şəhərsalma naziri Rüstəm Qaseminin istefasını qəbul edib:

“Guya buna səbəb onun səhhətinin pis olmasıdır. Qasemi son həftələrdə korrupsiya ittihamları da daxil olmaqla bir sıra ictimai mübahisələrlə üzləşib. Onun vəzifədən çıxarılmasına bu səbəb ola bilər”.