Dağıstan hökuməti istefaya getdi | DEFAKTO.AZ Dağıstan hökuməti istefaya getdi – DEFAKTO.AZ

Dağıstan hökuməti istefaya getdi

126

Dağıstan rəhbəri vəzifəsini icra edən Sergey Melikov respublika hökumətini istefaya göndərib.

“Vestnik Kavkaza”nın məlumatına görə, region rəhbəri müvafiq fərmanı bu gün imzalayıb.

Yeni tərkib qurulana qədər regional kabinet üzvləri vəzifələrini “müvəqqəti” statusda yerinə yetirəcəklər.

Hökumətin hazırkı tərkibi 2018-ci ildə Artyom Zdunovun sədrliyi ilə qurulub. Noyabrın 18-də Vladimir Putin Zdunovu Mordoviya Respublikasının müvəqqəti rəhbəri təyin edib.

Regional hökumət sədrinin vəzifələrinin müvəqqəti icrası Əbdülpatah Əmirxanova həvalə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir