Göygöl rayonu Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri Kəlbəcər Rayon İcra Hakmiyyətinə müraciət edərək, həmin ərazinin ətrafında üzün müddət yığılıb qalaqlanmış məişət tullantılarının yaydığı üfunətli qoxudan, antisanitariyadan əziyyət çəkdiklərini bildirərək ərazinin tullantılardan təmizlənməsini xahiş etmişdilər.
Vətəndaşların müraciətini, havaların isti keçməsini və ölkədəki epidemiyoloji vəziyyəti nəzərə alaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev məişət tullantıları ilə örtülmüş əraziyə baxış keçirib. Nazirlər Kabinetinin pandemiya ilə əlaqədar mövcud sosial izolyasiya qaydalarına uyğun şəkildə sakinlərlə görüşüb.
İcra başçısını aidiyyatı qurumlara tapşırığı əsasında uzun müddət yığılıb qalmış tullantı qalıqları ərazidən tamamilə təmizlənib.Qəsəbə sakinləri üzləşdikləri problemi qısa müddət ərzində həll edilərək aradan qaldırdığı üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Gündəm
İcra başçısı işə qarışdı – Böyük bir ərazi zibillikdən təmizləndi (FOTOLAR)
By DEFAKTOİyl 02, 2020, 19:32 axşam
1093
Previous PostKosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
Next PostErmənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib