ABŞ hüquq-mühafizə orqanları Çinin Sintzyan Uyğur Muxtar Bölgəsində “siyasi tərbiyə” düşərgələrində saxlanan müsəlman qadın məhbusların saçlarından hazırlanmış tonlarla məhsulu(parik) müsadirə edib.
Moderator.az xəbər verir ki, bu haqda “The Guardian” nəşri məlumat yayıb.
Birləşmiş Ştatları Gömrük İdarəsi ümumi dəyəri 800 min dollar olan 13 ton insan tükü məhsulunu ələ keçirdiyin bəyan edib. Malların Çinin “Lop County Meixin Hair Product” şirkəti əməkdaşlarından müsadirə olunduğu bildirilir.
“Bu malların istehsalı insan hüquqlarının çox ciddi bir pozulmasıdır və məhsulların ələ keçirilməsinə dair order ABŞ-la iş görmək istəyən bütün şirkətlərə aydın və birbaşa mesaj olmalıdır – ABŞ tərəfi hər hansı bir qanunsuz və qeyri-insani əməllərə dözməyəcək”,- deyə Gömrük nümayəndəsi Brenda Smit bəyan edib.
Home Dünya Gömrükdə türk qadınların saçlarından hazırlanmış tonlarla parik müsadirə olundu?- RƏZALƏT…
Dünya
Gömrükdə türk qadınların saçlarından hazırlanmış tonlarla parik müsadirə olundu?- RƏZALƏT…
By DEFAKTOİyl 02, 2020, 19:18 axşam
1108
Previous PostBaş prokuror Ombudsmanla görüşüb - FOTOLAR
Next PostRusiyalı kriminalist: “COVID-19 cinayətkarlığın artmasına səbəb ola bilər” - ÖZƏL