Daha dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü | DEFAKTO.AZ Daha dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü – DEFAKTO.AZ

Daha dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü

184

Daxili İşlər Nazirliyinin daha 4 rayon polis şöbəsi işğaldan azad edilən ərazilərə köçürülüb.

Defakto.az xəbər verir ki, artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Polis Şöbələri komendantlıq vəzifəsini icra etmək üçün işğaldan azad edilən həmin rayonlara köçürülüb.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq  işğaldan azad edilən rayonların polis şöbə rəisləri həmin rayonlar üzrə müvəqqəti komendant təyin ediliblər. Müvəqqəti komendantlar hər rayon üzrə xüsusi idarəetməni həyata keçirirlər. Həmin ərazilərdə müvəqqəti xüsusi idarəetmə zamanı Daxili Qoşunların yüksək rütbəli zabitləri isə komendanta müavin təyin edilirlər. Hazırda RPŞ əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları birgə xidmət aparılar.

DİN Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir