Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb.
Defakto.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Spiker bildirib ki, komissiyaya Nizami Cəfərov, Nigar Arpadarai, Tural Gəncəliyev və Erkin Qədirli daxildir.