“Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu onlayn prosesdir və hər hansı problem olmayacaq: “Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə – fevral və iyul aylarında həyata keçirilir.